<b>Polisdən xüsusi əməliyyat: <span style="color:red;">1 ton narkotik ...</b>
21 may 2019 11:06 (UTC +04:00)

Polisdən xüsusi əməliyyat: 1 ton narkotik...

0
 
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mayın 20-də “Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq keçirilən tədbirlər çərçivəsində rayonun Cüvə kənd sakininə məxsus torpaq sahəsinə baxış keçirilib, orada yabanı halda bitmiş ümumi çəkisi 1 tona yaxın 3200 ədəd çətənə kolları aşkar olunub və kökündən çıxarılaraq yandırılma yolu ilə məhv edilib. 
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1239

Oxşar yazılar