<b>Polis şöbəsində özünü öldürdü - <span style="color:red;">AZƏRBAYCANDA </b>
07 sentyabr 2017 18:49 (UTC +04:00)

Polis şöbəsində özünü öldürdü - AZƏRBAYCANDA

0

Şirvan şəhər Polis Şöbəsinin saxlanma yerində intihar hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bir gün əvvəl həmyerlisini bıçaqladığı üçün saxlanılan Şirvan sakini, 1989-cu il təvəllüdlü Həmidov Vüqar Məhərrəm oğlu saxlanma yerində özünə qəsd edib.

 

İntiharın hansı şəraitdə baş verdiyi və səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

 

Qeyd edək ki, Vüqar Həmidov münaqişə zəminində həmyerlisi, 1968-ci il təvəllüdlü Məmmədov Musa Hüseynağa oğlunu bıçaqlayıb. M. Məmmədov Şirvan şəhər xəstəxanasına yerləşdirilərək əməliyyat olunub. Münaqişəyə səbəb M.Məmmədovla V.Həmidovun qardaşı, 1985-ci il təvəllüdlü Həmidov İlqar Məhərrəm oğlu arasında baş verən əlbəyaxa dava zamanı onu dəmir linglə vurması olub.

 

Sonuncu da xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 389

Oxşar yazılar