[b]Piyada keçidində 4 nəfəri vurana AĞIR CƏZA[/b]
05 aprel 2018 15:14 (UTC +04:00)

[b]Piyada keçidində 4 nəfəri vurana AĞIR CƏZA[/b]

0

Bakıda piyada keçidində 4 nəfəri vuraraq ağır qəza törətməkdə təqsirləndirilən İlkin Feyzullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən, İlkin Feyzullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, ötən il aprelin 25-də saat 8 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində Xaçmaz rayon sakini İlkin Feyzullayev idarə etdiyi “BMW” markalı avtomobillə piyada zolağı ilə yolu keçən Bakı şəhər sakinləri Rafiq Rzayevi, Dəyanət Ağazadəni, qardaşı İlhamı və Lənkəran şəhər sakini Tamaşa Cəbrayılovanı vurub.

 

Nəticədə piyadalar xəstəxanaya yerləşdirilib, T.Cəbrayılova orada ölüb.

 

İlkin Feyzullayev saxlanılıb və ona Cinayət Məcəlləsinin 263-cü (ölümlə nəticələn yol nəqliyyat hadisəsi törətmə) maddəsi ilə ittiham verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 493

Oxşar yazılar