Dünən Bakının mərkəzində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, özünü Qoqol küçəsindəki binadan ataraq intihar edən 31 yaşlı Susanna Şərifova evli, 2 uşaq anası olub. Lakin onun həyat yoldaşı ilə rəsmi nikahı olmayıb.
Bildirilir ki, 31 yaşlı qadınla əri arasında münasibətlər pozulubmuş, tez-tez onların arasında münaqişələr baş verirmiş. Dünən ailədə növbəti dəfə münaqişə yaranıb və gənc qadın azyaşlı uşaqları və həyat yoldaşı evdə olarkən özünü pəncərədən atıb. Onun başı betona dəydiyindən ağır xəsarət alıb və xəstəxanaya aparılarkən vəfat edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
*****
15 may
Bakıda intihar edən qadının kimliyi məlum olub.
Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1986-cı il təvəllüdlü Şərifova Susanna Şakir qızı intihar məqsədilə özünü 3-cü mərtəbədən atıb.
O, xəstəxanaya aparılarkən yolda keçinib.
İntiharın səbəbi araşdırılır.
***
16:16
Bakıda intihara cəhd olub.
APA-nın məlumatına görə, Nəsimi rayonu, Qoqol küçəsi 28-38 ünvanında naməlum qadın intihar məqsədilə özünü binanın üçüncü mərtəbəsindən atıb.
Qadın xəstəxanaya çatdırılıb.
Hazırda polis əməkdaşları ərazidə araşdırma aparırlar.