Bu gün Bakı Apellyasiya Məhkəməsində narkotik maddələrin qanusuz dövriyyəsində təqsirləndirilən Kazımov İsmayıl Kamal oğlunun birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə başa çatıb.
Bu barədə Lent.az-a vəkil Adəm Məmmədov məlumat verib. Vəkilin sözlərinə görə, hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin hökmü ləğv edilərək Kazımov İsmayıl Kamal oğlu barəsində bəraət hökmü çıxarılıb.
Qeyd edək ki, İsmayıl Kazımov narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinib. Yasamal rayon Məhkəməsinin hökmü ilə 2 il 4 ay müddətə azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsində onun cəzası 4 ay aşağı salınıb. Həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti verilib. Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarı ləğv edilərək iş yeni baxışa təyin edib.