[b]Naməlum avtomobil Rusiya vətəndaşını vurdu[/b] - [b]Kürdəmirdə[/b]
25 mart 2018 22:29 (UTC +04:00)

[b]Naməlum avtomobil Rusiya vətəndaşını vurdu[/b] - [b]Kürdəmirdə[/b]

0

Kürdəmirdə naməlum avtomobil Rusiya vətəndaşını vurub.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam  saat 21:00 radələrində Bakı-Qazax əsas magistral yolunun 182-ci kilometrliyində, Kürdəmir rayonunun Karrar stansiyası ərazisində qeydə alınıb.

 

Naməlum avtomobil yolu keçmək istəyən Rusiya vətəndaşı, 1954-ci il təvəllüdlü Minayətxan İlyas qızı Nauruzovanı vuraraq hadisə yerindən qaçıb. Ağır xəsarət alan M. Nauruzova  Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Xəstəxanadan verilən məlumata görə, zərərçəkənin vəziyyəti orta- ağırdır. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 411

Oxşar yazılar