Məhkəmə MTN-in yaxaladığı şəxsi həbsə qaytarmadı
01 iyul 2016 09:51 (UTC +04:00)

Məhkəmə MTN-in yaxaladığı şəxsi həbsə qaytarmadı

0

Bakı Apellyasiya Məhkəməsində Fuad Nəcəf Valeh oğlu barəsində birinci instansiya məhkəməsinin hökmündən prokurorluğun verdiyi apellyasiya protestinə baxılıb.

 

Lent.az-ın  məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, apellyasiya protesti təmin edilməyib. Nəsimi rayon məhkəməsinin Fuad Nəcəf Valeh oğlu barəsində çıxardığı bəraət  hökmü dəyişdirilmədən saxlanılıb.

 

Qeyd edək ki, F.Nəcəf satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlamaqda təqsirli bilinərək  MTN-nin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz narkotik maddələrin dövriyyəsində) maddəsi ilə ittiham olunub.

 

Nəsimi Rayon Məhkəməsi F.Nəcəfovun barəsində bəraət hökmü çıxarıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 458

Oxşar yazılar