[b]Moskvada polisi qətlə yetirmiş azərbaycanlıya 24 il [/b]HƏBS
15 iyul 2016 19:38 (UTC +04:00)

[b]Moskvada polisi qətlə yetirmiş azərbaycanlıya 24 il [/b]HƏBS

0

Rusiya paytaxtında polisi qətlə yetirmiş Azərbaycan vətəndaşına hökm oxunub.

 

APA-nın Msokva müxbirinin verdiyi məlumata görə, 22 yaşlı polis serjantı Andrey Bannovu qətlə yetirməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı 26 yaşlı Nemət Rəşidov məhkəmənin qərarı ilə 24 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi 2015-ci il mayın 27-də baş verib. Nemət Rəşidov iki nəfərlə birlikdə Moskvanın cənubunda yerləşən valyuta terminalını oğurlayaraq "Qazel" markalı yük maşınına qoyub və qaçırıb.

Moskva Dairəvi avtomobil yolunda polis N. Rəşidovun avtomobilini saxlayıb. Bu zaman N. Rəşidov avtomobilindən düşərək yaxınlıqdakı meşəyə qaçıb. Polis serjantı Andrey Bannov onu yaxalamaq istəyərkən N. Rəşidov polisə bıçaqla xəsarət yetirib. Xəsarətlərdən polis serjantı hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 28-29 tarixlərində N. Rəşidov və onun iki silahdaşı yaxalanıb. N. Rəşidov ifadəsində polisi öldürmək fikrində olmadığını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 432

Oxşar yazılar