<b>Bu avtobusların hərəkət sxemində dəyişiklik oldu -<span style="color:red;"> SİYAHI </b>
26 aprel 2019 17:37 (UTC +04:00)

Bu avtobusların hərəkət sxemində dəyişiklik oldu - SİYAHI

0
Bakıda bəzi marşrut avtobuslarının hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək.
 
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, aprelin 27-dən 22, 24, 35, 40, 49, 55, 57, 60, 76, 78, 105, 106, 113, 141, 185, 186, 191, 208, 209 və 213 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək. Dəyişiklik Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin tam olaraq məhdudlaşdırılması səbəbindən edilib.
 
Qeyd edilən tarixdən bu xətt üzrə avtobuslar alternativ olaraq, X.Xasməmmədov və L.Məmmədbəyli küçələrindən keçməklə  fəaliyyət göstərəcəklər.
 
Dəyişiklik məhdudiyyət tam aradan qalxanadək qüvvədə olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 925

Oxşar yazılar