<b>Lənkəranda kütləvi dava: <span style="color:red;">xəsarət alanlar var </b> - YENİLƏNİB
06 fevral 2018 15:30 (UTC +04:00)

Lənkəranda kütləvi dava: xəsarət alanlar var - YENİLƏNİB

0
 
Lənkəranda bıçaqlanma hadisəsi olub.
 
 
 
APA-nın cənub bürosunun məlumatına görə, hadisə şəhərin Nizami küçəsində baş verib.
 
 
30 yaşlı Ümüd Əzimzadə və 33 yaşlı Sehran Baxşıyev bir-birinə bıçaq xəsarətləri yetiriblər. Tərəflər arasında baş verən mübahisə zamanı səslənən təhqiramiz ifadələr nəticədə bıçaqlanmaya səbəb olub.
 
 
Xəsarət alan şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar dərhal əməliyyat olunub, vəziyyətləri ağır qiymətləndirilir.
 
 
Faktla bağlı araşdırma aparılır. 
 
 
 
14:38
 
 
Lənkəranda iki nəfər bıçaqlanıb.
 
 
 
APA-nın cənub bürosunun məlumatına görə, hadisə “Böyük Bazar” adlanan ərazidə baş verib.
 
 
 
Kütləvi dava nəticəsində iki nəfər bıçaqlanıb. Xəsarət alan şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 414

Oxşar yazılar