[b]Keçmiş məhkumu öldürmək istəyənə 11 İL HƏBS[/b]
28 fevral 2018 12:40 (UTC +04:00)

[b]Keçmiş məhkumu öldürmək istəyənə 11 İL HƏBS[/b]

0

Həmyerlisini öldürməyə cəhddə təqsirləndirilən Mikayıl Dəmirlinin məhkəmə iclası başa çatıb.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə  keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmü ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, ötən il sentyabrın 6-da Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində yaşayan əvvəllər məhkum olunmuş Etibar Məhərrəmov qırma yarası ilə xəstəxanaya gətirilib.

 

Bundan bir gün sonra həmyerlisi Mikayıl Dəmirli 12-ci Polis Bölməsinə gələrək hadisənin münaqişə zəminində onun tərəfindən törədildiyini bildirib və istifadə etdiyi, müvafiq sənədləri olmayan, lüləsi kəsilmiş “TOZ-12” markalı tüfəngi təhvil verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 721

Oxşar yazılar