<b>İşdən çıxarıldığı üçün menecerini öldürən şəxs: </b><span style="color:red;">"Gərək eləməzdim
04 avqust 2016 11:59 (UTC +04:00)

İşdən çıxarıldığı üçün menecerini öldürən şəxs: "Gərək eləməzdim

0

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mağaza menecerini öldürməkdə təqsirləndirilən Paşa Qələndərovun cinayət işi üzrə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən öldürülən Vüsal Xəlilovun həyat yoldaşı Esmira Nəbiyeva ifadə verib.

 

O bildirib ki, Paşa Qələndərovun hadisə zamanı onu ölümlə təhdid etdiyini bildirib.

 

P.Qələndərov peşman olduğunu və bunun heçnəyi dəyişməyəcəyini bildirib.

 

Məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib. “Onun da uşaqları vardı, gərək eləməzədim”

 

Məhkəmə avqustun 8-də davam edəcək.

 

Qeyd edək ki, qətl hadisəsi keçən il dekabr ayının 21-də Nizami rayonu Keşlə qəsəbəsində baş verib. "28 Mall" Ticarət Mərkəzində yerləşən "Next" mağazasının meneceri Vüsal Xəlilov evində 27 bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisə zamanı onun həyat yoldaşı və iki azyaşlı övladı da evdə olub. Cinayət onların gözü önündə törədilib.

 

Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü P.Qələndərov saxlanıb. Hadisəni törədən şəxs V.Xəlilovun meneceri olduğu mağazanın anbardarı olub. V.Xəlilov P.Qələndərovu işdən çıxarıb. Rəhbərinin bu hərəkətinə görə, o, V.Xəlilovdan qisas almaq qərarına gəlib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 327

Oxşar yazılar