<b>İranda açıq şəkildə satılan dərmana görə Bakıda tutuldu - <span style="color:red;">MƏHKƏMƏ </b> - YENİLƏNİB
27 mart 2018 15:06 (UTC +04:00)

İranda açıq şəkildə satılan dərmana görə Bakıda tutuldu - MƏHKƏMƏ - YENİLƏNİB

0
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İran vətəndaşı olan 1969-cu il təvəllüdlü Gonbari Albari Ahad Abbas oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
 
Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə G.Albari 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
 

 

 

13:01

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İran vətəndaşı olan 1969-cu il təvəllüdlü Gonbari Albari Ahad Abbas oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

Lent.az-ın  məlumatına görə, Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

 

Prokuror çıxışında G.Albarinin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Daha sonra məhkəmə kollegiyası hökmü elan etmək üçün müşavirə otağına yollanıb. Hökm günün ikinci yarısında elan ediləcək.

 

İttiham aktına əsasən, G.Albari İrandan Azərbaycana psixotrop maddə gətirib. O, həm psixotrop maddənin satışında, həm də istifadəsində təqsirli bilinir.

 

G.Albari məhkəmədə ittihama münasibət bildirərkən özünü qismən təqsirli bildiyini söyləyib. O qeyd edib ki, psixotrop maddənin istifadəçisi olub, amma satış məqsədi ilə əldə etməyib.

 

G.Albari söyləyib ki, üzərindən aşkar edilən maddə İranda apteklərdə açıq şəkildə satışdadır və dərman kimi istifadə olunur: "Həmin dərmanın Azərbaycanda psixotrop maddələr siyahısında olduğundan məlumatım yox idi".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 506

Oxşar yazılar