[b]Həyat yoldaşı, anası və 3 övladı ilə birgə xəstəxanalıq oldu[/b]
02 iyul 2017 13:29 (UTC +04:00)

[b]Həyat yoldaşı, anası və 3 övladı ilə birgə xəstəxanalıq oldu[/b]

0

Gəncənin qərb çıxışında avtomobil maneəyə çırpılıb, bir ailənin üzvləri xəsarət alıb.

 

APA-nın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin qərb çıxışında Gəncə-Şəmkir rayonunun Göygöl rayonun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

“20 DB 687” dövlət nömrə nişanlı “Şevrolet-Avea” markalı minik avtomobili dönmə əməliyyatını yerinə yetirən zaman idarəetmədən çıxıb və avtomobil yolun kənarındakı maneəyə çırpılıb. Qəza zamanı sürücü, həyat yoldaşı, anası və 3 övladı müxtəlif dərəcəli bədən xəsarəti alıb və Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

 

Sürücü Əliyev Anar və iki övladı yüngül, sürücünün anası 1952-ci il təvəllüdlü Əliyeva Nazilə, sürücünün yoldaşı 1982-ci  Əliyeva Sevinc, övladı 2005-ci il təvəllüdlü Əlizadə Nuranə ciddi xəsarət alıblar. 

 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 335

Oxşar yazılar