<span style="color:red;">Həbsdə olan 19 yaşlı "oğru":  <b>"İçəridəki yaxşı qardaşlara pul çatmalıydı"</b>
19 oktyabr 2017 16:57 (UTC +04:00)

Həbsdə olan 19 yaşlı "oğru": "İçəridəki yaxşı qardaşlara pul çatmalıydı"

0

 

Bakıda özlərini kriminal aləm üzvü  kimi təqdim edərək ayrı-ayrı şəxslərin telefonunu hədə-qorxu ilə ələ keçirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Yusif Nəbiyev  və 1992-ci il təvəllüdlü Murad Həsənovun cinayət işi üzrə məhkəmə davam edib. 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslərdən 1999-cu il təvəllüdlü Emin İlyasov ifadə verib.

 

O bildirib ki, metronun "Elmlər Akademiyası" stansiyasına düşən zaman bu şəxslər ona yaxınlaşıb: “Dedilər ki, kartları olmadığı üçün pulu mənim kartıma yükləmək istəyirlər. Mən də icazə verdim. Qatara da bir yerdə mindik. "20 Yanvar"da düşəndə yenə mənə yaxınlaşdılar. Dedilər ki, mənimlə 1-2 dəqiqəlik söhbət etmək istəyirlər. Mən də razılaşdım. Telefonla danışmaq istədiklərini dedilər. Mən də etiraz etmədim. Yusif telefonu aldı, amma qaytarmadı. Nə olursa-olsun, qaytarmayacaqlarını dedilər”.

 

Y.Nəbiyevin vəkili bildirib ki, E.İlyasova dəymiş zərər ödənilib: "Yusifin babası götürülən telefonların dəyəri olaraq 1000 manatı istintaqda müstəntiqə verib. Amma indi zərərçəkmiş deyir ki, ona heç bir məbləğ ödənilməyib".

 

Zərərçəkmiş şəxsin danışması təqsirləndirilən şəxsə xoş gəlməyib və ona “ağıllı” olmasını bildirib: “"Pantayka"n olsun. Mən danışıram. Sən danışanda, mən qulaq asırdım”.

 

Hakim təqsirləndirilən şəxsə xəbərdarlıq edib.

 

Məhkəmədə dindirilən digər zərərçəkən Kamran Şirinov bildirib ki, "Sahil" metrostansiyası yaxınlığında tanımadığı şəxs ona yaxınlaşıb və söhbət etmək istədiyini deyib: "Yusif dedi ki, ""Tarqovı" onun ərazisidir. Dedi, nə söhbətim, problemim olsa, həll edər. Sonra isə məndən telefonu istədi. Telefon əlimdə idi. Baxmaq istədiyini dedi. "İçəridə yaxşı qardaşlar var, onlara pul çatmalıdı" dedi".

 

Zərəçəkmişin ifadəsindən məlum olub ki,  Yusif Nəbiyev onu hədələyib: "Mənə dedi ki, bu telefonu almaq üçün "zasluqa"m çatır. Buna etiraz elədim. Cavab verdi ki, "mənimlə söhbətdə "borzu"luq edənə dəmir dəyməlidir". Dedi ki, üstümdə həmişə dəmir olur və onun elədiyi söhbətdə həmişə qan çıxmalıdır".

 

Hakim təqsirləndirilən şəxs Yusif Nəbiyevdən "zasluqa" sözünün mənasını soruşub, amma o, cavab verə bilməyib. "Cavanam, bir səhvdir etmişəm".

 

Məhkəmə oktyabrın 25-də davam edəcək.

 

Qeyd edək ki, Yusif Nəbiyevin atası Mehman Nəbiyev qətl törətdiyinə görə həbsdədir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 522

Oxşar yazılar