<b>Goranboyda dəhşətli qəza törədən şəxsdən <span style="color:red;">YENİ XƏBƏR </b>
10 may 2019 13:53 (UTC +04:00)

Goranboyda dəhşətli qəza törədən şəxsdən YENİ XƏBƏR

0

Goranboyda 1 nəfərin ölümü, 3 nəfərin yaralanmasında təqsirləndirilən sürücü Vüsal Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az-ın məlumatına görə, V.Bayramovun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Hüseynovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Suzuki” və “VAZ-21011” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 1982-ci il təvəllüdlü Aidə Məhəmməd qızı Abdullayeva ölüb.

Bundan əlavə, 1997-ci il təvəllüdlü Əlikram Əlihüseyn oğlu Sadıqov, 1993-cü il təvəllüdlü Vüsal Çingiz oğlu Bayramov, Gürcüstan vətəndaşı, 1990-cı il təvəllüdlü Rauf Cəmil oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1348

Oxşar yazılar