<b>Goranboyda "VAZ" aşdı</b> - <span style="color:red;"><b>3 yaralı</b>  - <span style="color:red;">YENİLƏNİB
26 iyul 2017 23:07 (UTC +04:00)

Goranboyda "VAZ" aşdı - 3 yaralı - YENİLƏNİB

0

Goranboyda avtomobilin aşması nəticəsində xəsarət alanların kimlikləri məlum olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, xəsarət alanlar sürücü, 1990-cı il təvəllüdlü Bakı şəhər sakini, Əliyev Ramiz Nəsrəddin oğlu, sərnişinlər -  Xan Qərvənd kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Vüqar Hüseyn oğlu və Xan Qərvənd-Yeni yol kənd sakini, 1975-ci il təvəllüdlü Həsənov Ayaz Tofiq oğludur.

 

Yaralılara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir. Qeyd edək ki, bu gün axşam saatlarında Goranboy-Xanqərvənd avtomobil yolunda “VAZ 2104” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.  Faktla bağlı Goranboy rayon Polis şöbəsində araşdırma aparılır.

 

 

***

 

Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Goranboy-Xanqərvənd avtomobil yolunda qeydə alınıb.

 

Hərəkətdə olan “VAZ 2104” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onlara tibbi yardım göstərilib.

 

Faktla bağlı Goranboy rayon Polis şöbəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 427

Oxşar yazılar