<b>Gənc qızla oğlan hamamda huşsuz vəziyyətdə tapılıb</b><span style="color:red;"> - qız ölüb
03 aprel 2016 20:10 (UTC +04:00)

Gənc qızla oğlan hamamda huşsuz vəziyyətdə tapılıb - qız ölüb

0

Gəncədə bədbəxt hadisə baş verib.

 

 APA-nın Qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin DOS 102 yaşayış massivində qeydə alınıb.

 

Şəhər sakini 1990-cı il təvəllüdlü Elyar Musayev hələ ki, şəxsiyyəti məlum olmayan qızla evin vanna otağında huşsuz vəziyyətdə aşkar edilib. Onları dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılsalar da, qızın həyatını xilas etmək mümkün olmayıb. E. Məmmədovun vəziyyəti isə ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. 


Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 460

Oxşar yazılar