[b]Fikrət Qocanın qardaşı:[/b] “Həkimlər deyiblər ki, vəziyyəti çox ciddidir”
12 fevral 2015 12:53 (UTC +04:00)

[b]Fikrət Qocanın qardaşı:[/b] “Həkimlər deyiblər ki, vəziyyəti çox ciddidir”

0

“Fikrət Qocanın vəziyyəti nisbətən stabilləşib. Dünən vəziyyəti çox pis idi. İndi oğlu ilə danışdım, deyir, həkimlər müayinənin nəticəsindən asılı olaraq, müalicəni davam etdirəcəklər”.

 

Bunu APA-ya açıqlamasında xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qocanın qardaşı, tərcüməçi Hamlet Qoca deyib.

 

Onun sözlərində görə, şairin ürək damarlarını təmizləmək mümkün olmasa, əməliyyat edəcəklər: “Həkimlər dünən deyiblər ki, vəziyyət çox ciddidir. Bu gün oğlunu tanıyıb, bir-iki kəlmə kəsə bilib. Yəni ünsiyyəti bərpa olunub. Hazırda müalicələri davam edir, dünənə nisbətən əlli faiz yaxşılaşıb. Biz də inşallah həkimlərdən yaxşı xəbər gözləyirik”.

 

Qeyd edək ki, F.Qoca fevralın 10-da infarkt keçirib. Onu müalicə olunmaq üçün dünən İstanbula aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 437

Oxşar yazılar