[b]Fərman Kərimzadənin oğlu məhkəmədə:[/b] "Təqsirim yoxdur"
19 sentyabr 2016 11:47 (UTC +04:00)

[b]Fərman Kərimzadənin oğlu məhkəmədə:[/b] "Təqsirim yoxdur"

0

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış yazıçı Fərman Kərimzadənin dələduzluqda təqsirləndirilən oğlu Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

 
Lent.az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib. Ə.Kərimzadə ifadəsində deyib ki, özünü təqsirli bilmir. Məhkəmə prosesi sentyabrın 28-ə təyin edilib.
 
 
 
Qeyd edək ki, daha əvvəl dələduzluqda ittiham edilən  Ə.Kərimzadə 4 vətəndaşdan vətəndaşdan 60 min manat pulu dələduzluq yolu ilə almaqda ittiham edilir. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Daha sonra isə məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
 
 
Xatırladaq  ki, Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Ə.Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib. 2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində, Ə.Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar. Məhkəmə hökm zamanı təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmələrini yüngülləşdirici hal kimi qiymətləndirib.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar