Kafedə cinayət: qardaşların QANI TÖKÜLDÜ
0
0
Abşeronda kafedə qanlı hadisə baş verib.
Lent.az-ın məlumatına görə, hadisə Xırdalan şəhəri “Sultan” kafesində qeydə alınıb.
Kafedə müştəri qismində olan Orxan Nağıyev, onun qardaşı Rauf Nağıyev və Rəşad Alışov bıçaqlanıb.
Araşdırmalar zamanı məlum olub ki, 3 nəfəri bıçaqlayan “Sultan” kafesinin işlədən Elvin adlı şəxs törədib.
Faktla bağlı Cinayət Məcəlləsinin 127-ci (sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar başlanıb.
0
0