Dubaya qadın apararaq onları cinsi istismara məruz qoymaqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Mürşüdova Vəfa Ramiz qızının barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra bu cinayət işinin istintaqının qapalı keçirilməsi ilə bağlı qərar qəbul edilib.
Məhkəmə baxışı dekabrın 26-a təyin edilib.
Qeyd edək ki, Vəfa Mürşüdova Cinayət Məcəlləsin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən insan alveri törədildikdə) maddəsi ilə barəsində axtarış elan edilib.
2017-ci il sentyabr ayının 22- də Vəfa Mürşüdova DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarını tərəfindən həbs edilib.
İstintaq dövründə Vəfa Mürşüdovanın işi üzrə iki zərərçəkmiş qadın tanınıb.
Məlum olub ki, həmin qadınlar Vəfa Mürşüdova tərəfindən Dubaya aparılaraq cinsi istismara məruz qalıb.