[b]Direktorun evini yaran gözətçiyə  9 İL HƏBS[/b]
16 fevral 2018 14:23 (UTC +04:00)

[b]Direktorun evini yaran gözətçiyə 9 İL HƏBS[/b]

0

Direktorun evindən külli miqdarda oğurluq etməkdə təqsirləndirilən Mehman Rzayevə hökm oxunub.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən  prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən, M.Rzayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə ötən il fevralında Çimnaz Səlimzadəyə məxsus Novxanı qəsəbəsində yerləşən bağ evində baş verib. M.Rzayev həmin evdə gözətçi işləyərkən, evdə olan ümumilikdə 84 min manat dəyərində əşyaları ayrı-ayrı vaxtlarda satmaqda, ev sahibinə məxsus idman alətlərini, qədim qabları internet üzərindən satışa çıxarmaqda ittiham olunur.

 

İş üzrə zərərçəkmiş Ç.Səlimzadənin Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki 11 saylı internat məktəbin direktoru olduğu bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 347

Oxşar yazılar