Dələduzluqda təqsirləndirilən jurnalistə 5 il cəza verildi
23 iyun 2016 15:38 (UTC +04:00)

Dələduzluqda təqsirləndirilən jurnalistə 5 il cəza verildi

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Abuzər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə jurnalist 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, jurnalist Abuzər Cəfərov keçən il Şamaxıda tutulub. Onun barəsində 7-8 nəfər şikayət edib. Abuzər Cəfərov həmin şəxslərdən işə düzəltmək adı ilə pul alaraq qaytarmayıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Həbs olunarkən onda 20 ədəd saxta vəsiqə də aşkar edilib. O, bundan qabaq da məhbusluq həyatı yaşayıb.

 

Abuzər Cəfərov məhkəmədəki ifadəsində heç kimə qarşı dələduzluq etmədiyini deyib: "Bir jurnalist kimi vətəndaşlara "humanitar yardım" etmişəm".

 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 428

Oxşar yazılar