[b]Dələduzluq edən şirkət təsisçisi və direktoru azadlığa buraxıldı - MƏHKƏMƏ[/b]
22 fevral 2018 16:09 (UTC +04:00)

[b]Dələduzluq edən şirkət təsisçisi və direktoru azadlığa buraxıldı - MƏHKƏMƏ[/b]

0

Dövlət Agentliyinin adından istifadə edərək dələduzluqda təqsirləndirilən "579 SSA” MMC özəl müəssisəsinin rəhbəri Eldar Salayev və şirkətin direktoru vəzifəsində çalışan Məhəmməd Qafarovu  cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub. Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri müvəkkilləri barəsində ev dustaqlığın keçirilməsi ilə bağlı vəsatət veriblər.

 

Vəsatət təmin edilib.

 

Bundan başqa 3 qadın da təqsirləndirilən şəxs qismində bu işə cəlb edilib. Onlar hazıra ev dustaqlığındadır.

 

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları müraciət əsasında “579 SSA” MMC özəl müəssisəsinin vəzifəli şəxsləri barədə araşdırma aparıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində MMC-nin təsisçisi Salayev Eldar Ağaşirin oğlu və şirkətin direktoru vəzifəsində işləyən Qafarov Məhəmməd Elman oğlunun qabaqcadan əlbir olaraq vətəndaşlara qarşı dələduzluq etdikləri bəlli olub.

 

E.Salayev və M.Qafarov Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.3 (dələduzluq qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bununla yanaşı, cinayət işinin istintaqı zamanı və həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri ilə həmin vəzifəli şəxslər tərəfindən güzəştli şərtlərlə sosial mənzillərin satılması adı altında digər 25 nəfər vətəndaşın da əmlaklarının ələ keçirilməsi faktları müəyyən olunub.

 

E.Salayev Daxili İşlər Nazirliyinin (DİN) sabiq polkovnikidir. Həmçinin o, Polis Akademiyasında müəllim işləyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 705

Oxşar yazılar