<b>Bu gün üç küçədə hərəkət qismən məhdudlaşacaq - <span style="color:red;">RƏSMİ </b>
29 may 2019 10:44 (UTC +04:00)

Bu gün üç küçədə hərəkət qismən məhdudlaşacaq - RƏSMİ

0
UEFA Avropa Liqasının finalı ilə bağlı üç küçədə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.
 
 
 
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
 
 
 
Verilən məlumata görə, paytaxtın Üzeyir Hacıbəyov, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində azarkeşlərin və ölkəmizə gələn digər xarici qonaqların təhlükəsiz, rahat və fasiləsiz hərəkət etmələri üçün sözügedən ərazilərdə hərəkəti qismən məhdudlaşdırılacaq.
 
 
 
Bu baxımdan, paytaxt sakinlərindən həmin tarixdə şəxsi nəqliyyat vasitələrindən deyil, ictimai nəqliyyatdan istifadə etmələri xahiş olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 692

Oxşar yazılar