<b>Vətəndaşları iş adı ilə aldadan rəis<span style="color:red;"> HAKİM QARŞISINDA </b>
29 mart 2018 11:19 (UTC +04:00)

Vətəndaşları iş adı ilə aldadan rəis HAKİM QARŞISINDA

0

"Azər Mühafizə" MMC özəl mühafizə şirkətinin Şirvan bölməsinin sabiq rəisi Namiq Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

 

Lent az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə  istintaq başa çatıb.

 

Prokuror çıxışında N.Məhərrəmovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Məhkəmə aprelin 3-də davam edəcək.

 

Qeyd edək ki, 2015-ci il Daxili İşlər Nazirliyi (DİN) iş adı altında vətəndaşları aldadan sahibkar haqqında məlumat yayıb. Məlumata görə, "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçiriblər.

 

Aparılan araşdırmalarla müəyyən olunub ki, "General" MMC, daha sonra "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin direktoru olan Vüqar Hüseynov adları çəkilən qurumların vəzifəli şəxsləri Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqalarından ibarət mütəşəkkil dəstə yaradıb. Daha sonra həmin şəxslər həbs edilib.

 

Ümumilikdə iş üzrə 38 nəfər təqsirləndirilən şəxs və 5200 nəfər isə zərərçəkmiş var.

 

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Faiq Qəniyevin sədrliyi ilə "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin direktoru V.Hüseynov və daha 37 nəfər şəxsin cinayət işi üzrə məhkəməyə baxılır.

 

Xatırladaq ki, N.Məhərrəmov da eyni əmələ görə təqsirli bilinir. O, 38 nəfər şəxs həbs edilərkən istintaqdan yayınıb. N.Məhərrəmovun barəsində axtarış elan olunub. Daha sonra həbs edilib və işi ayrıca icraata verilib.

 

O, vətəndaşları işə düzəltmək adı altında aldadaraq, onların 180 min 615 manat pulunu dələduzluq yolu ilə mənimsəyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 654

Oxşar yazılar