[b]Biləsuvarda zəncirvari qəza[/b] - [b]2 yaralı[/b]
16 iyul 2017 20:58 (UTC +04:00)

[b]Biləsuvarda zəncirvari qəza[/b] - [b]2 yaralı[/b]

0

Biləsuvarda zəncirvari yol qəzası baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayon ərazisində avtobus, QAZ – 53 markalı yük maşını və minik avtomobili toqquşub.

 

İlkin məlumata əsasən, yük maşınında olan 2 nəfər xəsarət alıb.

 

Xəsarət alanlar Biləsuvarda məskunlaşan Cəbrayil rayon sakinləri, hər ikisi 1977-ci təvəllüdlü Ağayev Azər Heydər oğlu və Qafarov Maşallah Məhəmmədəli oğludur.

 

A.Ağayev açıq kəllə-beyin travması diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti nisbətən yüngül olan M.Qafarov travmatologiya şöbəsində müalicə alır.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 323

Oxşar yazılar