Oğurluqda ittiham olunan sabiq polis əməkdaşı Arif Əhmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. A.Əhmədov son sözlə çıxış edib. O, əməlindən peşmançılıq çəkdiyini, himayəsində 3 azyaşlı övladının olduğunu bildirib.
Prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Əhmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, A. Əhmədov "Bank Standart"da mühafizəçi işləyib. Bankdakı "MilliÖn" aparatından gizli yolla 261 min manat oğurluq edib. Sonradan həmin pulun bir hissəsini qumarda uduzub.