[b]"Azyaşlı sərnişin avtobus hərəkətdə olarkən yıxılmayıb" -[/b] BNA
21 sentyabr 2016 13:42 (UTC +04:00)

[b]"Azyaşlı sərnişin avtobus hərəkətdə olarkən yıxılmayıb" -[/b] BNA

0

 

Bakı Nəqliyyat Agentliyi 202 saylı avtobusda sərnişinin yıxılması faktına münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın Lent.az-a verdiyi məlumata görə, 202 saylı marşrut xətti üzrə avtobus hərəkətdə olan zaman deyil, dayanacaqda dayandığı zaman 11 yaşlı azyaşlı avtobusun salonuna daxil olarkən ayağı büdrəyərək yıxılıb və xəsarət alıb: "Hadisə yerinə təcili tibbi yardım maşınını sürücü şəxsən özü çağırıb".

 

***

 

12:50

 

Bu gün səhər saatlarında 202 saylı marşrutda bədbəxt hadisə baş verib.

 

Lent.az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata əsasən, avtobusda olan basabasa görə qapının ağzında dayanan gənc yıxılaraq zədə alıb. Dərhal hadisə yerinə iki təcili tibbi yardım maşını gəlib. Sərnişinlər avtobusdan boşaldılıb.

 

Qeyd edək ki, 202 saylı marşrut Biləcəri qəsəbəsindən Nərimanov metrosuna qədər hərəkət edir. Qəsəbə sakinləri hər gün səhər və axşam saatlarında avtobusun qapılarının açıq şəkildə getdiyini bildirir. Buna görə də, sakinlər marşrut xəttinin sayının artırılmasını tələb edirlər.

 

Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyinin “Qaynar Xətt”inə zəng etsələr də, onlara cavab verilmədiyini bildirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 313

Oxşar yazılar