Bakıda daha bir mənzildən oğurluq edilib. Lent.az-ın məlumatına görə, İ.Hacıbəyov küçəsində yaşayan 1981-ci il təvəllüdlü Anna Həsənova bildirib ki, evdə kimsənin olmadığı müddətdə naməlum şəxs və ya şəxslər pəncərəni sındıraraq mənzilə soxulublar. Evdən 3300 manat pul və 1000 manat dəyərində qızıl oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.