[b]Bakıda qadını sevgilisi ilə şantaj edən şəxsə YÜNGÜL CƏZA[/b]
28 fevral 2018 14:26 (UTC +04:00)

[b]Bakıda qadını sevgilisi ilə şantaj edən şəxsə YÜNGÜL CƏZA[/b]

0

Bakıda xanımı şantaj edərək pul almaqda ittiham edilən Rakif Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən, Rakif Quliyev 2 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, prokuror R.Quliyevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Xatırladaq ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən və Ağcabədi rayon sakini olan qadın əvvəldən tanıdığı Rakif adlı şəxsin onu barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, külli miqdarda pul tələb etdiyi barədə məlumat verib.

 

Əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Rakif Quliyev həmin xanımdan 3000 ABŞ dolları alarkən saxlanılıb.

 

Araşdırma zamanı məlum olub ki, R.Quliyev 2017-ci ilin yanvar ayından saxlanılan günə kimi eyni üsulla zərərçəkəndən müxtəlif vaxtlarda 2000 manat, 2 ədəd brilyant üzük, 1 ədəd brilyant kolye, 10 ədəd “Nikolay” qızıl onluq, 9 ədəd “Nikolay” qızıl 15-lik, 1 ədəd “Osmanlı” qızıl onluq, 1 ədəd qızıl 20-lik ABŞ dolları, 1 ədəd “Nizami Gəncəvi” qızıl külçəsi və 1 ədəd Avstriya qızıl külçəsi alıb.

 

R.Quliyev zərərçəkmiş qadının sevgilisi ilə evdə görüşdüyünü xəbər tutub və bununla da onu şantaj edib. Ümumilikdə ondan 42 min manat pul alıb. Sonuncu dəfə isə 10 min manat tələb edib. R.Quliyev razılaşdıqları 3 min dolları alarkən həbs edilib. Qadına dəymiş zərər ödənilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 614

Oxşar yazılar