Bakıda mənzildən 70 min dollar "aparanlar"dan YENİ XƏBƏR
0
0
Bakıda mənzildən 70 min dollar oğurlamaqda təqsirləndirilən Elşad Namazov, Elgün Yusifov, Röyal Sabirli və Vazeh Babayevin cinayət işi üzrə ibitdai istintaq başa çatıb.
Lent.az-ın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının tarixi yaxın günlərdə bəlli olacaq.
Qeyd edək ki, hadisə ötən il yanvarında baş verib. Binəqədi rayon sakini Şamil Şirinovun evindən 70000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakinləri - Elgün Yusifov, Elşad Namazov və Kəlbəcər rayon sakini Röyal Sabirli saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, zərərçəkənin mənzilində külli miqdarda pul olması barədə dəstə üzvü E.Yusifovun əvvəlcədən məlumatı olub. Onun təklifi əsasında dəstənin digər üzvü R.Sabirli mənzilə daxil olaraq orada olan pulu oğurlayıb.
Hadisədən sonra dəstə üzvləri əldə etdikləri pulu aralarında bölüblər. Saxlanılan şəxslər ifadələrində törətdikləri hadisəni etiraf ediblər.
0
0