[b]Məktəbdə baş verən kütləvi davaya Təhsil İdarəsindən[/b] MÜNASİBƏT  - YENİLƏNİB
25 noyabr 2016 17:45 (UTC +04:00)

[b]Məktəbdə baş verən kütləvi davaya Təhsil İdarəsindən[/b] MÜNASİBƏT - YENİLƏNİB

0

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 101 saylı orta məktəbdə şagird, valideyn və müəllimlər arasında baş verən kütləvi davaya münasibət bildirib.

 

BŞTİ-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Suraxanı rayonundakı 101 saylı tam orta məktəbdə şagirdlər arasında anlaşılmazlıq zəminində baş vermiş mübahisə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırılır.

 

Məsələyə aydınlıq gətirildikdən dərhal sonra ictimaiyyətə açıqlama veriləcək.***

 

17:17

 

Bakı şəhəri, Suraxanı rayonunda yerləşən Sovet İttifaqı Qəhrəmanı Əmi Məmmədov adına 101 saylı orta məktəbdə şagird, müəllim və valideynlər arasında dava düşüb.

 

Lent.az-ın Report-a istinadən xəbərinə görə, bu barədə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən məlumat verilib.

 

Bildirilib ki, kütləvi dava zamanı 5 nəfər xəsarət alıb. Belə ki, məktəbdə dərs zamanı 10 b sinif şagirdi Ramin Zeynalov 11-ci sinif şagirdi İntiqam Abidov tərəfindən sinifdə döyülüb. Hadisə 10 b sinfinin rəhbəri Aynurə Hüseynzadənin sinifdə olduğu vaxt qeydə alınıb.

Məlum olub ki, davaya şagirdlər arasında şəxsi zəmində baş verən mübahisə səbəb olub.

 

 R.Zeynalovun sinif yoldaşı Gövhər Yaqubova ilə mübahisəsi olub, İ. Abidov isə özünü G.Yaqubovanın yaxını kimi qələmə verib. R.Zeynalovun anası Zəminə Zeynalova davadan xəbər tutaraq məktəbə gedib. Onunla G.Yaqubova arasında mübahisə düşüb. G.Yaqubova isə anası Tamara Yaqubovanı, dayısı Orxan Məmmədovu və nənəsi Brilliant Məmmədovanı məktəbə çağırıb. Nəticədə 47 yaşlı Z.Zeynalova döyülərək 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

G.Yaqubovanın dayısı O.Məmmədov isə balta ilə R.Zeynalovun üzərinə hücum çəkib. R.Zeynalov və onun bacısı Təhminə Zeynalova da döyülərək bədən xəsarətləri alıb. Münaqişənin qarşısını almaq istəyən məktəbin psixoloqu Mətanət Rəhimova və direktor müavini Elnarə Məmmədova da döyülüblər.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları məktəbə gedib, müəllim və valideynlərin izahatı alınıb. 

Araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 600

Oxşar yazılar