Bakıda kirayə qaldığı evi başqasına satmaqda təqsirləndirilən Ülfət Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən Ü.Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ülfət Məmmədov Bakı şəhərində kirayə qaldığı Nərgiz Ələsgərovanın mənzilini saxta sənədlə başqasına satıb və ona qarşı 10 min 400 manat məbləğində dələduzluq edib.
O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib.