<b>Bakıda avtomobillər toqquşdu:<span style="color:red;"> ölən və yaralananlar var </b> - YENİLƏNİB
03 sentyabr 2016 13:09 (UTC +04:00)

Bakıda avtomobillər toqquşdu: ölən və yaralananlar var - YENİLƏNİB

0

Bu gecə Bakıda baş vermiş ağır qəzada ölən və yaralananların adları müəyyənləşib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 3-də saat 03 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsində Abşeron rayon sakinləri Samir Əhmədovun idarə etdiyi “Mercedes” və Elvin Məmmədzadənin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə E.Məmmədzadə hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

 

 

*****

 

10:49

 

Bakıda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində "Mercedes" markalı, 99 GR 637 dövlət qeydiyyat nişanlı və "Hyundai" markalı, 10 VJ 354 nömrəli iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdə olan şəxslərdən biri vəfat edib. Daha iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Bildirilir ki, qəzada ölən şəxsin 29 yaşı olub. Yaralıların hər ikisi isə 1989-cu il təvəllüdlüdür.

 

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 415

Oxşar yazılar