Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, Sabunçu rayonu Şəhər şosesində "Opel" markalı avtomobil yolu keçmyə çalışan piyadanı vurub. "ABU Petrol" yanacaqdoldurma məntəqəsinin qarşısında baş vermiş ağır qəza nəticəsində piyada hadisə yerindəcə keçinib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.