[b]Bakı polisindən mitinq açıqlaması: "1000 nəfərədək insan..."[/b]
14 aprel 2018 17:04 (UTC +04:00)

[b]Bakı polisindən mitinq açıqlaması: "1000 nəfərədək insan..."[/b]

0

                                      

Bakı Şəhər Baş Polis İdarəsi aprelin 14-də Milli Şuranın keçirdiyi mitinqlə bağlı məlumat yayıb. İdarədən Lent.az-a daxil olan məlumatda bildirilir ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. 

 

“Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000 (min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

 

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 486

Oxşar yazılar