<b>Bakı-Qazax yolunda "Prado" aşdı <span style="color:red;">- yaralılar var </b> - YENİLƏNİB
15 oktyabr 2017 15:15 (UTC +04:00)

Bakı-Qazax yolunda "Prado" aşdı - yaralılar var - YENİLƏNİB

0

Bu gün Hacıqabul rayonunda  “Toyota Prado” markalı minik avtomobilinin aşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, sürücü 1987-ci il təvəllüdlü Nəsirov Amil Murad oğlu, sürücünün atası 1954-cü il təvəllüdlü Nəsirov Murad Şükür oğlu və anası 1961-ci il təvəllüdlü Nəsirova Ziyafət Dadaş qızı müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

 

 

*****

 

 

14:06

 

 

Bu gün Hacıqabul rayonunda “Toyota Prado” markalı minik avtomobili aşıb.

 

APA-nın Mi-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Muğan kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Qəza nəticəsində 1-i abır olmaqla, 3 nəfər xəsarət alıb. Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar