[b]Bacısına sataşan "bomj"u öldürənə AĞIR CƏZA[/b]
28 sentyabr 2017 12:03 (UTC +04:00)

[b]Bacısına sataşan "bomj"u öldürənə AĞIR CƏZA[/b]

0

 

Bakıda "bomj"u qətlə yetirməkdə təqsirləndirilən Natiq Abbasovun məhkəməsi başa çatıb.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Natiq Abbasov 12  il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, prokuror çıxışında N. Abbasovun 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

 

 

Qeyd edək ki, qətl keçən il noyabrın 25-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yuri Batanovun üzərində zorakılıq əlamətləri (baş nahiyəsində döyülməyə xarakterik) olan meyiti tapılıb.

 

Yuri Batanov 'bomj" həyatı yaşayıb.

 

Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Natiq Abbasov tutulub.

 

Təqsirləndirilən şəxs ilkin ifadəsində "bomj"u bacısına söz atdığı üçün qətlə yetirdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 415

Oxşar yazılar