<b>Bacısına görə dayısı oğlunu öldürənə</b> <span style="color:red;">AĞIR CƏZA TƏLƏBİ
02 may 2017 12:15 (UTC +04:00)

Bacısına görə dayısı oğlunu öldürənə AĞIR CƏZA TƏLƏBİ

0

 

Dayısı oğlunu öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Nurlan Quliyevin məhkəməsi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

 

Söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında Nurlan Quliyevin 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

 

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.

 

Məhkəmə prosesi mayın 10-da davam edəcək.

 

Xatırladaq ki, təqsirləndirilən şəxs qismində ifadə verən Nurlan Quliyev dayısı oğlunu namus üstündə qətlə yetirdiyini demişdi: "Bacımı başqasına vermişdilər. Mahir gəlib qaçırdı. Bu da mənə yer elədi. Qərara gəldim ki, onu öldürüm".

 

Qeyd edək ki, qətl keçən il sentaybrın 26-da Sabunçu rayonu Pirşaği qəsəbəsində baş verib.

 

21 yaşlı Nurlan Quliyev dayısı oğlu Mahir Quliyevi qəsəbədə yerləşən körpünün yaxınlığına çağırıb. Belə ki, M.Quliyev hadisədən bir həftə əvvəl evlənmək məqsədi ilə N.Quliyevin bacısını qaçırıb.

 

N.Quliyev körpünün üzərində dayısı oğlu ilə əvvəlcə mübahisə edib. Daha sonra o, M.Quliyevin ürək nahiyəsindən bıçaqla zərbə vurub və onu körpünün üzərindən aşağı yamaca doğru atıb. M.Quliyev oradaca dünyasını dəyişib.

 

Hüquq-mühafizə orqanları tərəfindən Nurlan Quliyev tutulub. On Cinayət Məcəlləsinin 120.2.4-cü( xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 430

Oxşar yazılar