<b>Azərbaycanda həftə sonu 62 nəfər həbs edildi - <span style="color:red;">RƏSMİ </b>
04 mart 2019 09:58 (UTC +04:00)

Azərbaycanda həftə sonu 62 nəfər həbs edildi - RƏSMİ

0
Respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 48 cinayətin  üstü “isti izlər” üstünə açılıb. 
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.   
Axtarışda olduğuna görə, ümumilikdə 22 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.  
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 563

Oxşar yazılar