<b>Avtomobil beton səddə çırpıldı: </b><span style="color:red;">bir ailədən 6 yaralı
22 iyul 2016 10:00 (UTC +04:00)

Avtomobil beton səddə çırpıldı: bir ailədən 6 yaralı

0

Hacıqabul rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun 140-cı km-də, Hacıqabulun Qarasu kəndi ərazisində qeydə alınıb. "Mitsubishi" markalı, 90 BB 932 dövlət nömrə-nişanlı avtomobil yolun kənarındakı beton səddə çırpılıb. Nəticədə eyni ailənin üzvü olan 6 nəfər ağır xəsarət alıb. Xəsarət alanların arasında azyaşlılar da var.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 443

Oxşar yazılar