<b>Atanı və qızını amansızlıqla öldürən: <span style="color:red;">"Qısqandım" </b>
10 yanvar 2018 12:24 (UTC +04:00)

Atanı və qızını amansızlıqla öldürən: "Qısqandım"

0

Sevdiyi qadını və onun  atasını öldürməkdə təqsirləndirdilən Sahib Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

 

Sahib Hacıyev ona verilən ittiham üzrə özünü təqsirli bilib.

 

O, törətdiyi əməl üçün peşman olduğunu deyib: "Biz Samirə ilə bir birimizi sevmişik. Bir müddət bir yerdə yaşamışıq. Samirəni qısqandığım üçün öldürdüm. Atasını da orada olduğu üçün bıçaqla vurdum. Əvvəl ora gedəndə öldürmək məqsədim yox idi".

 

Daha sonra qətlə yetirilən şəxslərin hüquqi varisi Xalid Əsədov dindirilib. O bildirib ki, hadisədən sonra xəbər tutub: "Mənə zəng edib dedilər. Hadisə yerinə gələndə artıq bu qanlı hadisə olmuşdu. Bacım Samirə 2016-cı ildə mənə ərə getmək istədiyini dedi. Razı oldum. Onlar ailə qurandan sonra bildim ki, Sahib daha əvvəl evli olub. Atam bacımın onunla evlənməsinə razı deyildi, dəfələrlə Sahibi döyüb, qovub".

 

Hüquqi varis təqsirləndirilən şəxsə ən ağır cəza - ömürlük həbs tələb edib.

Məhkəmədə şahid qismində Bəxtiyar Hacıyev də ifadə verib. O, təqsirləndirilən Sahib Hacıyevin birinci evlilikdən olan oğludur. Bəxtiyar Hacıyev atasının mərhum Samirə Əsədova ilə münasibətlərindən xəbərinin olduğunu deyib.

 

B.Hacıyev qeyd edib ki, atası ilə münasibətləri yaxşı olub, amma xəstəliyi ilə bağlı onunla söz-söhbətləri yaranıb: "Psixoloji problemləri var idi. Əsəbi olurdu. Buna görə bəzən münasibətlərimiz pozulub".

 

Dövlət ittihamçısı şahidə xatırladıb ki, o, istintaqda atası ilə aralarında söz-söhbət olmasına səbəb kimi başqa bir məsələdən danışıb: "İstintaqda atanızın Samirə Əsədova ilə münasibətinə görə dava etdiyinizi, hətta evdən çıxıb getdiyinizi demisiniz".

 

Şahid belə bir ifadə vermədiyini söyləyib. Növbəti məhkəmə iclası yanvarın 17-nə təyin edilib.

 

Qeyd edək ki, ötən il Abşeron rayonu, Bakı-Şamaxı yolunun Sulutəpə ərazisindən keçən hissəsində yol kənarında bıçaqla qətlə yetirilmiş kişi və qadın meyiti aşkar edilib.

 

Araşdırmalar nəticəsində meyiti tapılan şəxslərin Müşfiq qəsəbə sakinləri -1953-cü il təvəllüdlü Əsədov Allahverdi Bədirxan oğlu və onun qızı, 1979-cu il təvəllüdlü Əsədova Samirə Allahverdi qızı olmaları müəyyən edilib.

 

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qətlin S.Əsədova ilə qeyri-rəsmi nikah münasibətlərdə olan S.Hacıyev tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 353

Oxşar yazılar