Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Müxalif Balayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az-ın məlumatına görə, təqsirləndirilən şəxslə bağlı toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə ötən il paytaxtın Xəzər rayonu ərazisində baş verib.
Rayonun Türkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş, 1968-ci il təvəllüdlü Balayev Müxalif Fərrux oğlu həyat yoldaşı, 1980-ci il təvəllüdlü Balayeva Cəmalə Yaşar qızı ilə mübahisə edib.
Mübahisə nəticəsində M.Balayev C.Balayevanı bıçaqlayıb. C.Balayeva xəstəxanaya yerləşdirilib.
M.Balayeva Cinayət Məcəlləsinin 29.120-ci ( adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.