<b>Arvadını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilənə</b> <span style="color:red;">19 İL HƏBS TƏLƏBİ
28 sentyabr 2016 12:12 (UTC +04:00)

Arvadını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilənə 19 İL HƏBS TƏLƏBİ

0

Bu gün münaqişə zəminində həyat yoldaşını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Famil Əhmədovun cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Söz dövlət ittihamçına verilib. Prokuror çıxışında Famil Əhmədovun 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

 

Proses oktyabrın 3-də davam edəcək.

.

 

Qeyd edək ki, F.Əhmədov  münaqişə zəminində həyat yoldaşı Ülviyyə Əhmədovanı qətlə yetirib. Hadisədən polis əməkdaşları tərəfindən saxlanılan F. Əhmədov ilkin ifadəsində həyat yoldaşını öldürməsini etiraf edib. Ona Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə ittiham verilib

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 416

Oxşar yazılar