<b>ANAMA apreldə 1722 mina və PHS zərərsizləşdirib</b>
10 may 2016 12:47 (UTC +04:00)

ANAMA apreldə 1722 mina və PHS zərərsizləşdirib

0

2016-cı ilin aprel ayı ərzində ANAMA tərəfindən 7,412,514 kvadrat metr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

ANAMA-dan Lent.az-a verilən məlumata görə, ay ərzində 1707 ədəd PHS, 6 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Cəmi 1722 ədəd PHS zərərsizləşdirilib.

Əməliyyatlarda 402 nəfər əməliyyat heyəti və 228 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 327,855,880 kvadrat metr ərazi minalardan və PHS-lərdən təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 718,029-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Goranboy, Cəbrayıl, Cəlilabad, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar