[b]Ağstafada iki avtomobil toqquşdu:[/b] beş yaralı
13 aprel 2018 15:53 (UTC +04:00)

[b]Ağstafada iki avtomobil toqquşdu:[/b] beş yaralı

0

Ağstafada baş verən avtomobil qəzasında 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Ağstafa şəhərində iki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü İqbal Namazov, onun həyat yoldaşı 1987-ci il təvəllüdlü Namazova Aytən Alı qızı və 5 yaşlı övladları Yusif xəsarət alıblar. Həmçinin avtomobildə olan 1989-cu il təvəllüdlü Alıyeva Aygün Valeh qızı və 1 yaşlı Əliyev Onur Vüqar oğlu da xəsarət alıblar. Xəsarət alanlar Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Məlumata görə İ. Namazov rayon xəstəxanasında reanimotoloq işləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar