Ağcabədidə ağır yol qəzası baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Poladlı kəndi ərazisində baş verib.
“VAZ-2107” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində 46 yaşlı Laçın Kərimov, 45 yaşlı Sarib Abdullayev, onun qardaşı 1986-cı il təvəllüdlü Səbuhi Abdullayev və 1969-cu il təvəllüdlü Qaraxan Bayramov müxtəlif bədən xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma başlanıb.