[b]Ağac kəsintisi ilə bağlı toplanmış SƏNƏDLƏR BAŞ PROKURORLUĞA göndərilib[/b]
07 may 2019 11:26 (UTC +04:00)

[b]Ağac kəsintisi ilə bağlı toplanmış SƏNƏDLƏR BAŞ PROKURORLUĞA göndərilib[/b]

0
Ağac kəsintisi ilə bağlı toplanmış sənədlər prokurorluğa göndərilib.
 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların icazəsiz köçürülməsi və kəsilməsi faktı cinayət tərkibi yaratdığından torpaq mülkiyyətçisi Həzrət Temirov barəsində toplanmış araşdırma materialları qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.
 
Xatırladaq ki, 5 may 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılarkən yaşıllıq sahəsində torpaq mülkiyyətçisi tərəfindən 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1136

Oxşar yazılar